Səthin hazırlanması:Əsasın hazırlanması SP 71.13330.2017-yə uyğun olaraq yerinə yetirilməlidir.
- Əsası toz və kirdən təmizləyin. Əvvəllər rənglənmiş səthlərdən köhnə boya və ağartma qatlarının zəif hissələrini kənarlaşdırın.
- Bərk və möhkəm yapışmış parlaq səthləri mat vəziyyətə qədər cilalayın, cilalanma tozunu təmizləyin.
- Nahamarlıqlar, çuxurlar, çatlamalar və qırıqlar Bergauf UNI PASTA su-dispersiyalı şpatlyovkası ilə düzəldilməli və cilalanmalıdır.
- Əvvəllər təbaşir və ya əhəng boyaları ilə örtülmüş səthlər tamamilə təmizlənməlidir. Örtüyün etibarlılığını artırmaq və boya sərfiyyatını azaltmaq üçün intensiv hopdurucu səthlər əvvəlcədən astarlanmalıdır.
- Bergauf Techno Primer astarının, həmçinin şpatlyovkaların istifadəsi tövsiyə olunur.
- Boyanacaq səth quru və təmiz olmalı, işlərin aparılması üçün əsasın temperaturu +5°C-dən yuxarı, boya tətbiqi zamanı otaq temperaturu +5°C ilə +35°C arasında, havanın nisbi rütubəti isə 80%-dən aşağı olmalıdır.
- Boyanı üzvi həlledicilərlə qarışdırmaq olmaz.
- Finiş qatında rəng fərqliliyinin yaranmaması üçün eyni partiya nömrəli boyadan istifadə edilməsi tövsiyə olunur.
Boyanı yaxşıca qarışdırın. Geniş və yastı lövhə və ya aşağı dövriyyəli tikinti mikseri ilə, hava qabarcıqlarının yaranmasına yol vermədən, ehtiyatla 1−3 dəqiqə ərzində qarışdırmaq lazımdır. Materialı bağlı qabı silkələyərək qarışdırmaq tövsiyə edilmir. Daşınmadan və/və ya aktiv qarışdırmadan sonra hava qabarcıqları yaranarsa, boya onlar yox olana qədər gözlədilməlidir. Boyanı hazırlanmış quru və təmiz səthə fırça, valik və ya boyapüskürdən ilə çəkin. Fakturalı suvaqlar, kərpic, beton bloklar, relyefli tavanlar kimi kobud səthlər üçün xovunun uzunluğu 12−25 mm olan valiklərdən istifadə etmək tövsiyə olunur. Şpatlyovka, suvaq, beton, şüşə lifli divar kağızı, rəngsaz flizelini kimi kələ-kötür səthlər üçün — xovunun uzunluğu 8−12 mm olan valiklərdən istifadə olunur. Alçıpan, MDF, DSP, memarlıq dekor elementləri (haşiyələr, qəliblər, tavan karnizləri) kimi hamar səthlər üçün — xovunun uzunluğu 6 mm-ə qədər olan valiklərdən istifadə olunur.
Boya istifadəyə hazırdır, fırça və ya valiklə tətbiq edildikdə zərurət yarandıqda 5%-dən çox olmamaq şərtilə su ilə durulaşdırıla bilər. Havasız püskürtmə üçün 5−10% su ilə durulaşdırmağa icazə verilir, ucluq 0,013−0,015″, təzyiq 180−190 bar. Püskürtmə bucağı boyanacaq səthin sahəsinə və həndəsi xüsusiyyətlərinə əsasən seçilir. Dolğun rəng əldə etmək və səthin xarici görünüşünü yaxşılaşdırmaq üçün boyanın iki qat çəkilməsi zəruridir. İşlər zamanı birbaşa günəş şüalarının təsirindən və yüksək rütubətli şəraitdən qaçınmaq lazımdır. İş bitdikdən sonra əllər və alətlər ilıq su ilə yaxşıca yuyulmalıdır.