Tərkibi:
Poliakril dispersiyası (lateks), piqmentlər, doldurucular, hədəf əlavələr, su.
Rəng:
Super ağ
Parlaqlıq dərəcəsi:
Dərin mat
Hamar, hopdurmayan səthdə 1 qat üçün sərfiyyat*:
6-8 m²/kq
Nahamar, hopduran səthdə 1 qat üçün sərfiyyat*:
4-6 m²/kq
Sıxlıq:
təxminən 1,5 kq/l
MDNV:
55%
3-cü dərəcəyə qədər quruma müddəti**:
0.5 saat
Növbəti qatın tətbiq olunma müddəti**:
1 saat**
Yuyulmaya davamlılıq:
Quru, aşındırıcı olmayan süngər və ya yumşaq tüklü fırça ilə təmizləmə.
Tətbiq zamanı əsasın temperaturu:
+5 °C-dən 35 °C-dək
* Materialın sərfiyyatı əsasın hazırlanma keyfiyyətindən, tətbiq üsulundan, istifadə olunan alətdən, işi icra edənlərin ixtisasından asılıdır və göstərilən dəyərlərdən fərqlənə bilər.
** t +20±2 °C və havanın nisbi rütubəti 65±5%-dən çox olmadıqda.
Temperatur azaldıqda və ya rütubət artdıqda quruma müddəti arta bilər. Havanın temperaturu +15°C-dən aşağı və ya nisbi rütubəti 65%-dən yuxarı olduqda, növbəti qatı 24 saatdan tez olmayaraq tətbiq edin.
Su əsaslı rəngləmə pastaları vasitəsilə əllə rəngləmək mümkündür.
Səthin hazırlanması
Səthin hazırlanması SP 71.13330.2017 standartına uyğun həyata keçirilməlidir. Səthi toz və kirdən təmizləyin. Əvvəllər boyanmış səthlərdən köhnə boya və ağartma qatlarının zəif hissələrini kənarlaşdırın. Bərk və möhkəm dayanan parlaq səthləri mat vəziyyətə gələnə qədər cilalayın, cilalama tozunu təmizləyin.
Nahamarlıqları, çökəklikləri, çatları və qırıqları Bergauf UNI PASTA su-dispersiyalı şpatlevkası ilə düzəldin və cilalayın. Əvvəllər təbaşir və ya əhəng boyaları ilə örtülmüş səthlər tamamilə təmizlənməlidir.
Örtüyün etibarlılığını artırmaq və boya sərfiyyatını azaltmaq üçün intensiv hopdurucu səthləri əvvəlcədən astarlayın. Praktik xəttindən olan astarların (səthin növündən asılı olaraq), həmçinin şpatlevkaların istifadəsi tövsiyə olunur.
İşlərin aparılma şəraiti
Boyanacaq səth quru və təmiz olmalı, işlərin görülməsi üçün səthin temperaturu +5°C-dən, boya çəkilərkən otaq temperaturu +5°C-dən +35°C-dək, havanın nisbi rütubəti isə 80%-dən aşağı olmalıdır.
Finiş qatının çalarında fərqlərin yaranmaması üçün eyni partiyadan olan boyadan istifadə edilməsi tövsiyə olunur.
Materialın hazırlanması
Boyanı yaxşıca qarışdırın. Geniş və yastı lövhə və ya aşağı dövriyyəli inşaat mikseri ilə, hava qabarcıqlarının yaranmasına yol vermədən, ehtiyatla 1-3 dəqiqə ərzində qarışdırmaq lazımdır. Bağlı qabı silkələməklə materialı qarışdırmaq tövsiyə edilmir. Daşınmadan və/və ya aktiv qarışdırmadan sonra hava qabarcıqları yaranarsa, boyanın onlar yox olana qədər gözlədilməsi lazımdır.
Zərurət yarandıqda boyanı həcmcə 5%-dən çox olmamaq şərtilə su ilə durulaşdırmaq olar.
Tətbiq texnologiyası
Boyanı hazırlanmış quru və təmiz səthə fırça, valik və ya boyapüskürdənlə çəkin. Fakturalı suvaqlar, kərpic, beton bloklar, relyefli tavanlar kimi kobud səthlər üçün tükünün uzunluğu 12-25 mm olan valiklərdən istifadə edilməsi tövsiyə olunur. Şpatlevka, suvaq, beton, şüşə lifli divar kağızı, rəngsaz flizelini kimi kələ-kötür səthlər üçün - tükünün uzunluğu 8-12 mm. Alçıpan, MDF, DSP, memarlıq dekor elementləri (haşiyələr, qəliblər, tavan karnizləri) kimi hamar səthlər üçün - tükünün uzunluğu 6 mm-ə qədər.
Boya istifadəyə hazırdır, fırça və ya valiklə çəkmək üçün zərurət yarandıqda 5%-dən çox olmamaqla su ilə durulaşdırmaq mümkündür. Havasız püskürtmə üçün 5-10% su ilə durulaşdırmağa icazə verilir, ucluq 0,013-0,015", təzyiq 180-190 bar. Püskürtmə bucağı boyanacaq səthin sahəsi və həndəsi xüsusiyyətlərinə əsasən seçilir.
İki qat boya çəkilməsi tövsiyə olunur.
Ehtiyat tədbirləri
İşlər zamanı birbaşa günəş şüalarının təsirindən və yüksək rütubətli şəraitdən qaçın.
İşlər bitdikdən sonra əlləri və alətləri ilıq su ilə yaxşıca yuyun.
Saxlama və daşınma şərtləri
Sıx bağlanmış qabda +5°-dən az və +35°C-dən çox olmayan temperaturda saxlayın və daşıyın. -40°C-dən aşağı olmayan temperaturda ümumi müddəti 2 həftədən çox olmamaq şərtilə beşqat dondurulmaya icazə verilir.
Məhsul olan vedrəni həddindən artıq qızmadan qorumaq və birbaşa günəş işığı altında saxlamaqdan çəkinmək lazımdır. Şərtlərə əməl olunduqda, bağlı zavod qablaşdırmasında zəmanətli saxlama müddəti istehsal tarixindən etibarən 24 aydır.
Saxlama zamanı məhsulun təbəqələşməsi mümkündür ki, bu da qarışdırmaqla asanlıqla aradan qaldırılır. Tam istifadə olunmamış məhsulu sıx bağlanmış qabda saxlayın və mümkün qədər qısa müddətdə istifadə edin.
Təhlükəsizlik
Məhsul yanğın və partlayış baxımından təhlükəsizdir, tərkibində tez alışan komponentlər yoxdur.