Tərkibi:
Modifikasiya olunmuş akril dispersiyası, silikon qatranları və əlavələr, piqmentlər, doldurucular, biosidlər və funqisidlər, funksional əlavələr, su
Rəng:
Ağ (Baza A)
Şəffaf (Baza C)
Parlaqlıq dərəcəsi:
Dərin mat
Soran səth üçün 1 qat üzrə sərfiyyat:
8−10 m²/l*
Sormayan səth üçün 1 qat üzrə sərfiyyat:
10−12 m²/l*
Quruma müddəti:
1 saat**
Növbəti qatı tətbiq etmək olar:
6 saatdan sonra**
Atmosfer yağıntılarına davamlılıq:
12 saatdan tez olmayaraq
Yaş sürtünməyə davamlılıq:
1-ci sinif GOST 32 300/ DIN EN 13 300
Sıxlıq:
Baza A 1,5−1,55 kq/l; baza C 1,4−1,45 kq/l
GOST-a uyğundur:
R 70 087
Betona yapışma (adgeziya) GOST 28 574:
1,7 MPa
Su udma GOST 33 352:
0,001 kq/(m2*saat0,5)-dən az, sinif W3
Buxar keçiriciliyinə müqavimət:
0,02 m²*saat*Pa/mq-dan az GOST 25 898
Buxar keçiriciliyi GOST 33 355:
150 q/(m2·sut)-dan çox, sinif V1, GOST 33 355 Sd 0,01 m
Şərti işığadavamlılıq GOST 21 903:
96 saatdan az olmayaraq
Suya və 3%-li natrium-hidroksid məhluluna qarşı statik davamlılıq GOST 9.403:
96 saatdan az olmayaraq
*Sərfiyyata rənglənən səthin kələ-kötürlüyü və məsaməliliyi, həmçinin rəngləmə üsulu və şərtləri təsir edir.
**t (+20±2)ºC və havanın nisbi rütubəti (65±5)%-dən çox olmadıqda. Hava temperaturu +15°C-dən aşağı və nisbi rütubət 65%-dən yuxarı olduqda quruma müddəti arta bilər - növbəti qatı 24 saatdan tez olmayaraq tətbiq edin.
Mineral yun və penopolistirol əsaslı fasad istilik izolyasiya sistemlərində istifadə üçün, binaların və qurğuların fasad və zirzəmi hissələrinin rənglənməsi, həmçinin A, B, V tipli binalarda quru və rütubətli daxili məkanların tərtibatı üçün yüksək keyfiyyətli fasad boyası.
Silikonla modifikasiya olunmuş tərkib uzunömürlülüyü, atmosferə davamlılığı, həmçinin yüksək buxar keçiriciliyi və aşağı su udma qabiliyyətinin ən yaxşı nisbətini təmin edir. Boya kif və göbələk yaranmasına qarşı davamlı, «lotos» effektli, möhkəm, elastik, öz-özünə təmizlənən hidrofob örtük yaradır. Pastel və zəngin rənglərdə rənglənilir.
Rəngləmə və rəng həlləri
Boya A və C olmaqla iki baza şəklində istehsal olunur və kompüter (maşın) üsulu ilə RAL, NCS və digər rəng kataloqlarının rənglərinə rənglənilə bilər. Baza A açıq və pastel çalarlara rənglənmək üçün nəzərdə tutulub, həmçinin ağ boya kimi də istifadə edilə bilər, boya kütləsinin 5%-nə qədər rəngləmə pastası əlavə etmək mümkündür. Baza C yalnız rənglənmiş şəkildə istifadə olunur və zəngin çalarlara rənglənmək üçün nəzərdə tutulub, boya kütləsinin 10%-nə qədər rəngləmə pastası əlavə etmək mümkündür.
Baza C ilə parlaq rənglərə boyayarkən, əvvəlcədən oxşar çalarda rənglənmiş Baza A boya qatının çəkilməsi tövsiyə olunur. Su əsaslı rəngləmə pastaları vasitəsilə əllə rəngləmə mümkündür.
Rəngləmə nəticəsinə görə məsuliyyəti rəngləməni həyata keçirən təşkilat daşıyır.
Rəng ötürülməsinin xüsusiyyətləri
Tətbiq şəraitindən, həmçinin rənglənən səthin fakturasından asılı olaraq real rəng çalarları kataloqda təqdim olunanlardan bir qədər fərqlənə bilər. İstifadə etməzdən əvvəl sınaq tətbiqi aparılmalı və qurumuş örtüyün rəngə uyğunluğu yoxlanılmalıdır.
Çalar fərqliliyinin qarşısını almaq üçün bir vizual müstəvidə eyni istehsal partiyasından olan məhsuldan istifadə edilməsi (partiya nömrəsi hər qablaşdırmada göstərilir) və ya müxtəlif partiyaların materiallarını əvvəlcədən 1:1 nisbətində qarışdırmaq tövsiyə olunur, tətbiq texnologiyası dəyişməz qalmalıdır.
Səthə dair tələblər
Səth SP 71.13 330.2017 tələblərinə cavab verməlidir:
Beton, dəmir-beton, qazbeton — yaşı 3 aydan çox və nisbi rütubəti 4%-dən çox olmamalıdır. Sement-qum, sement-əhəng suvaqları — yaşı 28 gün və nisbi rütubəti 4%-dən çox olmamalıdır. BERGAUF ISOFIX, BAU PUTZ ZEMENT, UNTER BAU, GLATTE ZEMENT, FINISH ZEMENT — yaşı 3 gündən çox və nisbi rütubəti 6%-dən çox olmamalıdır. Vərəq formalı gips, sement, ağac tərkibli materiallar, həmçinin gips suvaqları — nisbi rütubəti 1%-dən çox olmamalıdır.
İşlərin aparılma şərtləri
Rənglənəcək səth quru və təmiz olmalı, işlərin görülməsi üçün səthin temperaturu +5°C-dən, tətbiq zamanı hava temperaturu +5°C-dən +35°C-dək, havanın nisbi rütubəti isə 80%-dən aşağı olmalıdır. Finiş qatında rəng fərqliliyinin qarşısını almaq üçün eyni partiya nömrəli boyadan istifadə edilməsi tövsiyə olunur.
Materialın hazırlanması
Boyanı yaxşıca qarışdırın. Geniş və yastı lövhə və ya aşağı dövriyyəli inşaat mikseri ilə, hava qabarcıqlarının yaranmasına yol vermədən, ehtiyatla 1-3 dəqiqə ərzində qarışdırmaq lazımdır. Materialı bağlı qabı silkələyərək qarışdırmaq tövsiyə edilmir. Daşınmadan və/və ya aktiv qarışdırmadan sonra hava qabarcıqları yaranarsa, boyanın onlar yox olana qədər dincəlməsi lazımdır.
Tətbiq texnologiyası
Boyanı hazırlanmış quru və təmiz səthə fırça, diyircəkli valik və ya boyapüskürdənlə 2 qat şəklində bərabər paylayaraq tətbiq edin. Bütöv bir səthi rəngləyərkən fasilə verməmək, birləşmə yerlərində isə «yaşın üstündən yaş» üsulu ilə işləmək tövsiyə olunur. İşləri memarlıq sərhədləri üzrə (binanın küncləri, suaxıdan boruların altı və s.) bitirmək lazımdır.
Teksturalı suvaqlar, kərpic, beton bloklar, relyefli tavanlar kimi kələ-kötür səthlər üçün tük uzunluğu 12-25 mm olan valiklərdən istifadə edilməsi tövsiyə olunur. Şpatlevka, suvaq, beton, şüşə lifli divar kağızı, rəngsaz flizelini kimi nahamar səthlər üçün — tük uzunluğu 8-12 mm. Alçıpan, MDF, DSP, memarlıq dekor elementləri (haşiyələr, qəliblər, tavan karnizləri) kimi hamar səthlər üçün — tük uzunluğu 6 mm-ə qədər.
Boyа istifadəyə hazırdır, fırça və ya valiklə tətbiq edildikdə zərurət yaranarsa, su ilə 5%-dən çox olmamaq şərtilə durulaşdırıla bilər.
Ehtiyat tədbirləri
Atmosfer yağıntıları, duman zamanı, həmçinin yağışdan sonra yaş səthlərdə və +5-dən aşağı, +35 °C-dən yuxarı temperaturlarda fasad işlərinin aparılması qadağandır. İşlər zamanı birbaşa günəş şüalarının təsirindən və yüksək rütubətli şəraitdən qaçın.
İşlər bitdikdən sonra əlləri və alətləri ilıq su ilə yaxşıca yuyun.
Saxlama və daşınma şərtləri
Sıx bağlı qabda, +5°-dən az və +35°C-dən çox olmayan temperaturda saxlayın və daşıyın. -40°C-dən aşağı olmayan temperaturda ümumi müddəti 2 həftədən çox olmamaq şərtilə beşqat dondurulmaya icazə verilir.
Məhsul olan vedrəni həddindən artıq qızmadan qorumalı və birbaşa günəş işığı altında saxlamaqdan çəkinməlisiniz. Şərtlərə əməl olunduqda, bağlı zavod qablaşdırmasında zəmanətli saxlama müddəti istehsal tarixindən etibarən 24 aydır.
Saxlama zamanı məhsulun təbəqələşməsi mümkündür ki, bu da qarışdırıldıqda asanlıqla aradan qalxır. Tam istifadə olunmamış məhsulu sıx bağlı qabda saxlayın və mümkün qədər tez istifadə edin.
Təhlükəsizlik
Məhsul yanğın və partlayış baxımından təhlükəsizdir, tərkibində asan alışan komponentlər yoxdur.