Tərkibi:
Polimer dispersiyası, piqmentlər, doldurucular, funksional əlavələr, biosidlər, su.
Rəng:
Super ağ
Parlaqlıq dərəcəsi:
Dərin mat
Hamar, hopdurmayan səth üzrə 1 qat üçün sərfiyyat*:
8−11 m2/l
Sıxlıq:
1,5−1,55 kq/l
Quruma müddəti «toxunuşa»**:
0.5 saat
Növbəti qatın çəkilmə müddəti**:
1 saat**
Tətbiq zamanı səthin temperaturu:
+5 °С-dən 35 °С-dək
* Materialın sərfiyyatı səthin hazırlanma keyfiyyətindən və hopdurma qabiliyyətindən, tətbiq üsulundan, istifadə olunan alətdən, işi icra edənlərin ixtisasından asılıdır və qeyd olunan göstəricilərdən fərqlənə bilər.
** t (+20±2)°C və havanın nisbi rütubəti (65±5) %-dən çox olmadıqda. Temperatur azaldıqda və ya rütubət artdıqda quruma müddəti uzana bilər. Hava temperaturu +15°C-dən aşağı və ya havanın nisbi rütubəti 65%-dən yuxarı olduqda, növbəti qatı 24 saatdan tez olmayaraq çəkin.
Təyinatı və tətbiq sahəsi
Boya yeni və əvvəllər su-dispersiya boyaları ilə boyanmış alçıpan; suvanmış, şpatlyovkalanmış, beton, kərpic, DSP, DVP, şüşə lifli divar kağızı və hamar rəngsaz flizelini üzərinə çəkilə bilər.
Daxili işlər üçün.
Əl ilə və mexanikləşdirilmiş tətbiq üçün.
Bütün növ bina və qurğularda (A, B, V) tətbiq olunur.
Su əsaslı rəngləmə pastaları vasitəsilə əllə rəngləmək mümkündür.