Tərkibi:
Polimer su dispersiyası, funksional əlavələr, su, biosid.
Rəng:
Rəngsiz
Qablaşdırmada xarici görünüşü:
Qeyri-şəffaf ağ maye
Təbəqənin rəngi:
Rəngsiz
MDNV:
5%-dən az olmayaraq
Sərfiyyat*:
8−10 m²/l
Sıxlıq:
təxminən 1,0 kq/l
Tövsiyə olunan qat sayı:
1−2
Quruma müddəti**:
2 saat
Tətbiq zamanı əsasın temperaturu:
+5 °C-dən +35 °C-dək
İstismar temperaturu:
-50 °C-dən +70°C-dək
Nəql edilmə temperaturu:
+5 °C-dən +35 °C-dək
Yararlılıq müddəti:
24 ay
* Materialın sərfiyyatı əsasın hazırlanma keyfiyyətindən, tətbiq üsulundan asılıdır.
** t (+20±2) °C və havanın nisbi rütubəti (65±5) %-dən çox olmadıqda. Temperatur azaldıqda və ya rütubət artdıqda quruma müddəti uzana bilər. Havanın temperaturu +15°C-dən aşağı və ya havanın nisbi rütubəti 65%-dən yuxarı olduqda, növbəti qatı 24 saatdan tez olmayaraq vurun.
Beton, suvanmış, gips, gipsokarton səthlərin, ağac-yonqar və ağac-lifli materialların işlənməsi üçün tətbiq olunur. Astarı normal və yüksək rütubətli otaqlarda istifadə etmək olar. Daxili və xarici işlər üçün yüksək keyfiyyətli astar. Tozdan təmizləmək və əsası növbəti son tamamlama işlərinə (şpatlyovlama, rəngləmə, divar kağızı yapışdırma, döşəmə örtüklərinin döşənməsi) hazırlamaq üçün nəzərdə tutulmuşdur. Səthi möhkəmləndirir, əsasın udma qabiliyyətini azaldır və bərabərləşdirir. Adgeziyanı artırır və boya sərfiyyatını 15%-ə qədər azaldır. Kif və göbələkdən qoruyur.
Sabit rəng palitrasında istehsal olunur: rəngsiz
Səthin hazırlanması:
Əsasın hazırlanmasını SP 71.13330.2017-yə uyğun yerinə yetirin.
Səth möhkəm, təmiz və quru olmalıdır. Astarlamadan əvvəl səthdən qopan elementləri,
təbaşir və əhəng ağartılarını, tozu və digər çirklənmələri təmizləmək lazımdır.
Zərurət yarandıqda, səthdəki nahamarlıqları şpatlyovlayın, sonra isə qurumuş səthi cilalayın.
İş qaydası:
1. İşlənilən səth quru və təmiz olmalı, işlərin aparılması üçün əsasın temperaturu +5°C-dən, boyanın vurulması zamanı otaq temperaturu +5°C-dən +35°C-dək, havanın nisbi rütubəti isə 80%-dən aşağı olmalıdır.
2. İstifadə etməzdən əvvəl bircinsli hala gələnə qədər qarışdırın, durulaşdırmayın.
3. Hazırlanmış quru təmiz səthə valik, fırça və ya püskürdücü (ucluq 0,28 mm, təzyiq 150−170 bardan çox olmayaraq) ilə vurun.
4. Güclü uducu səthlərin iki dəfə astarlanması tövsiyə olunur.
5. Astarlanmış örtüyün rənglənməsi, +5°C temperatur rejiminə və havanın nisbi rütubətinin 80%-dən çox olmamasına riayət etməklə, 2−3 saatdan tez olmayaraq tövsiyə olunur.
İşlər bitdikdən sonra əlləri və alətləri ilıq su ilə yaxşıca yuyun.
Sıx bağlanmış tarada +5°-dən az və +35°C-dən çox olmayan temperaturda saxlayın və nəql edin. -40°C-dən aşağı olmayan temperaturda ümumi müddəti 2 həftədən çox olmamaq şərtilə beşqat dondurulmaya icazə verilir. Məhsul olan taranı həddindən artıq qızmadan qorumaq və birbaşa günəş işığı altında saxlamaqdan çəkinmək lazımdır. Şərtlərə əməl olunduqda, qapalı zavod qablaşdırmasında zəmanətli saxlama müddəti istehsal günündən etibarən 24 aydır.
Məhsul yanğın və partlayış baxımından təhlükəsizdir, tərkibində asan alışan komponentlər yoxdur.